featured-image-38641

“Qarabağ” və Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, imzalanma mərasimində Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel, klubun futbol akademiyasının inzibati işlər üzrə direktoru Murat Karaman, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev və baş menecer Kamran Bayramov iştirak ediblər.

Əməkdaşlığın perspektivlərindən bəhs edən E. Çelikel bildirib ki, bu addım “Qarabağ”a verilən dəyəri göstərir. O, anlaşmanın EFA-nın fəaliyyətinə əlavə stimul verəcəyinə və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacağına inamını ifadə edib: “Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şansdır”.

V. Mustafayev isə deyib ki, “Qarabağ”la müqavilə imzalamaq EFA üçün çox önəmli və qürurvericidir: “Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcək, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”.

Qeyd edək ki, müqaviləyə əsasən, “Qarabağ” klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.

Bənzər xəbərlər