“Qarabağ” evdə qələbə qazandı
Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ” “Qəbələ”yə qalib gəlib.
Msport.az xəbər verir ki, “Azərsun Arena”da keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
16-cı dəqiqədə Abdullah Zubir, 90+3-cü dəqiqədə isə Musa Qurbanlı dəqiq zərbə müəllifi olub. “Köhlən atlar” xallarının sayını 10-a çatdırıb. “Qəbələ” isə 4 xalda qalıb.
Qeyd edək ki, turun açılış görüşündə “İmişli” “Zirə” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. VI tura sentyabrın 28-də yekun vurulacaq.