featured-image-60266

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Rumıniyanın “FCSB” komandası arasında keçiriləcək VII tur oyununa təyinatlar açıqlanıb.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Filip Qlova qoruyacaq. Ona yan xətt hakimləri Daniel Polas və Mixal Oçenaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivjak yerinə yetirəcək.

VAR-da Mixal Oçenaş, onun köməkçisi isə Martin Dohal olacaq.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ”–“FCSB” görüşü saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər