featured-image-40175
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Qarabağ” – “Hekken” (İsveç) oyununun biletləri iticket.az-da satışa çıxarılıb.
Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə “Molde”nin qonağı olacaq.

Bənzər xəbərlər