featured-image-43445

“Braqa”nı keçə biləcəyimizə əminliklə inanırıq”.

Msport.az. xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade deyib.

Kabo-verdeli yarımmüdafiəçi Portuqaliya mətbuatına açıqlamasında Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə dueli barədə fikirlərini açıqlayıb: “Biz özümüzə güvənirik. Söz verə bilərik ki, “Qarabağ” hər iki oyunda bütün gücünü qoyacaq və qələbə üçün mübarizə aparacaq. Aydın məsələdir ki, rəqibi artıq təhlil etmişik. “Braqa”nı tam öyrənmişik, güclü tərəflərini, yararlana biləcəyimiz nöqtələrini, sistemimizin necə işləyəcəyini müəyyənləşdirmşik”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu sabah keçirəcək.

Bənzər xəbərlər