featured-image-36453

“Düşünürəm ki, “Qarabağ” bu qrupda ikinci yeri tuta biləcək”.

Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda menecerliklə məşğul olan Ceyhun Sultanov deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirən futbol agenti rəqiblərin sürətli komandalar olduğunu bildirib: “Bayer”i çıxmaq şərtilə, “Molde” və “Haken”lə oynamaq olar. Bu sözləri “Qarabağ”a inanıb deyirəm. Amma eyni zamanda çətin olacaq. Rəqiblərin heyətində klass futbolçular olmasa da, hər üçü sürətli komandadır Fikrimcə, ikinci yer uğrunda gərgin mübarizə gedəcək”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.

Bənzər xəbərlər