"Qarabağ"ı sevindirən xəbər
“Qarabağ”ın zədəli qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin “Molde” ilə səfər oyununda meydana çıxa bilər.
Msport.az xəbər verir ki, bu barədə rusiyalı qolkiperin agenti Anton Smirnov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bütün bağlar və menisklər sağlamdır: “Tanrı qorudu. Hamımız dua edirdik. Andrey artıq özünü daha yaxşı hiss edir. Dekabrın 1-də “Mölde”yə qarşı matçda oynamaq şansı var”.
Qeyd edək ki, Lunyov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyunda (0:1) zədələnərək əvəzlənmişdi.