"Qarabağ"ın 1/8 finalda rəqibi bəlli olacaq
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kolletiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.
Səpələnmişlər: “Atalanta” (İtaliya), “Brayton” (İngiltərə), “Bayer 04” (Almaniya), “Liverpul” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə).
Səpələnməmişlər: “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Frayburq” (Almaniya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan), “Roma” (İtaliya), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya).
Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.