featured-image-14363

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda “Olimpiakos”a qarşı keçirdikləri oyundan danışıb.

Msport.az xəbər verir ki, o, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında 3:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları söyləyib:

“Səfərdə önəmli qələbələrdən birini qazandıq. Qarşılaşma bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi. Bizim də qol şanslarımız olmuşdu. Amma ümumilikdə oyunun gedişatı bizim nəzarətimizdə idi və ikinci yarıda qollarımızı vurduq. Parlaq və “Qarabağ”ın adına yaraşan qələbə oldu. Rəqibin kimliyindən asılı olmayaraq, daha cəsarətli oynamağa başlamışıq. Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik. Bizim ölkədəki komandalar futbol oynaya bilir. Bu anlayışı çatdırmağa çalışırıq”.

Qarayev komandada səfər və ev amilinin önəmli olmadığını diqqətə çatdırıb: “Hər yerdə öz futbolumuzu sərgiləmək istəyirik. Artıq rəqib komandalar bizi tanıyır. Bu, komandanı bir az narahat edə bilər. Bu səbəbdən işimizdə daha ciddi və məsuliyyətli olmalıyıq. Fikrimiz dünənki qalibiyyətdə qalsa, bundan sonra uğur qazana bilməyəcəyik”.

Bənzər xəbərlər