“Qarabağ”ın legioneri “Dinamo” ilə matçda oynaya biləcək
“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” klubuna qarşı cavab oyununda meydana çıxa biləcək.
Bu barədə Msport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Belə ki, 26 yaşlı yarımmüdafiəçi Zaqrebdə keçirilmiş görüşdə 3-cü sarı vərəqəni aldığı üçün Bakıdakı cavab görüşünü buraxmalı idi. Lakin UEFA-nın yeni qaydalarına əsasən, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.