“Qarabağ”ın daha 2 legioneri yığmaya çağırıldı
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə AÇ-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Luka Quqeşaşvili də Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AÇ-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.
Daha öncə Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət edilmişdilər.