featured-image-40937

“Uşaqlıq illərimdə mənə desəydilər ki, “Qarabağ”la qrup mərhələsini adlayacaqsan, bunun zarafat olduğunu düşünərdim”.

“Report” xəbər verir ki, bunu Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev şəxsi instaqram hesabında yazıb.

23 yaşlı cinah müdafiəçisi bütün “Qarabağ” sevərləri, “Qarabağ” ailəsini təbrik edib: “Komandamla qürur duyuram! Allaha sonsuz şükürlər olsun”.

Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Püşkatma mərasimi dekabrın 18-də olacaq. Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

 

 

Bənzər xəbərlər