featured-image-36423

Gürcüstan millisinin AVRO-2024-ün seçmə mərhələsinin ilk oyunları üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Villi Sanyol 23 nəfərlik heyəti müəyyənləşdirib.

Siyahıda “Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili də yer alıb.

Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.

Bənzər xəbərlər