featured-image-36405

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Braziliya mətbuatına danışıb.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu komandasının Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.

O, Avropa arenasında uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib:

“Bütün bunları yaşamaq mənim üçün mükafatlıdı. Bu anı yaşadığım üçün çox xoşbəxtəm. Bütün oyunlarda iştirak etmişəm. Bu, şübhəsiz ki, həyatımda qeyd olunacaq bir andı. Görək qrupdakı rəqiblərimiz kimlər olacaq. Avropa Liqasında çox güclü rəqabət var və biz də titul axtarışında olacağıq”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Sloveniyanın “Olimpiya” (2:0, 1:1) klubunu məğlub edib. Ağdamlıların qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində bilinəcək.

Bənzər xəbərlər