"Qarabağ"ın gəncləri İtaliyada da uduzdu
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli” ilə üz-üzə gəlib.
Msport.az xəbər verir ki, Neapolda keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb – 2:0 Qolları Kristian Raggioli (4-cü dəq.) və Fransisko Barido (82) vurublar.
Qeyd edək ki, güclü leysan səbəbindən 61-ci dəqiqədə oyun dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsinə qərar verib.
5 oyunun hamısında uduzan “Qarabağ” U-19 komandası 35-ci yeri tutur.







