featured-image-68309

“Qarabağ”ın istədiyi hücumçu Andre Klovis “Akademiko Vizeu”da növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, o, Portuqaliya II liqasında “Leira” ilə səfər görüşündə meydana çıxıb.

Kolvis komandasının 2:3 hesabıyla uduzduğu oyunda hər iki qolun müəllifi olub. Daha əvvəl Klovis “Qarabağ”la anlaşdığı və rəsmi müqavilə imzalamaq üçün Bakıya gələcəyi bildirilmişdi.

27 yaşlı hücumçunun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bənzər xəbərlər