“Qarabağ”ın keçmiş rəqibi baş məşqçisini istefaya göndərdi
İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda istefaya göndərilib. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fodanın müqaviləsi 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”dən üstün olub. Bu komanda Avropa Liqasının qrup mərhələsində hər iki oyununu uduzub. Komanda İsveçrə Super Liqasında da 8 turdan sonra 2 xalla 10 komanda arasında 9-cu yeri tutur.