“Qarabağ”ın legionerləri millidə
“Qarabağ”ın iki legioneri Kabo Verde millisinə dəvət alıb.
Msport.az xəbər verir ki, bunlar Patrik Andrade və Leandro Andradedir.
Hər iki futbolçu Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə matçları üçün yığmaya cəlb edilib.
Qeyd edək ki, Kabo Verde seçməsi noyabrın 16-da Anqola, 5 gün sonra isə Esvatini ilə üz-üzə gələcək.