featured-image-36620

Qarabağ”ın legioner futbolçuları milli komandalarına çağırılıb.

Msport.az xəbər verir ki, konkret olaraq 3 oyunçu yığmalarının düşərgəsinə yollanacaq.

Yarımmüdafiəçi Marko Yankoviç AVRO-2024-ün seçmə mərhələ görüşləri üçün Monteneqro yığmasında yer alacaq. O, sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qapıçı Luka Quqeşaşvili isə eyni turnir çərçivəsində sentyabrın 8-də İspaniya, 12-də Norveçlə matçlar üçün Gürcüstan yığmasına dəvət alıb.

Leandro Andrade isə Kabo-Verde yığmasının qarşıdakı oyunlarının iştirakçısı olacaq. Komandası Afrika Millətlər kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da Toqo ilə üz-üzə gələcək.

Bənzər xəbərlər