featured-image-36306

“Qarabağ”ın futbolçusu Leandro Andrade Kabo-Verde millisinə çağırılıb.

Msport.az xəbər verir ki, o, sentyabrın 10-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo yığması ilə keçiriləcək oyun üçün yığmaya dəvət alıb.

Ağdam klubunun daha bir legioneri Marko Yankoviç isə Monteneqro millisinə çağırılıb. O, baş məşqçi Miodraq Raduloviçin 27 futbolçudan ibarət siyahısında yer alıb.

Monteneqro AÇ-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, sentyabrın 10-da isə Bolqarıstanla qarşılaşacaq.

Bənzər xəbərlər