"Qarabağ"ın prezidenti "Bayer"dən danışdı: "Avropanı təəccübləndirməyə çalışacağıq"
“Qarabağ”ın möhtəşəm qələbəsi bizi ruhlandırıb”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna rəqib olmaları ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Funksioner leverkuzenlilərin çox güclü kollektiv olduğunu bildirib: “Son ana qədər “Slaviya” (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq “Bayer”lə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. “Qarabağ”ın möhtəşəm qələbəsi bizi ruhlandırıb. Yüksək səviyyədə oyun sərgiləməyə və Avropanı təəccübləndirməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” ilə “Bayer” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.