“Qarabağ”ın qapıçısı milliyə çağırılıb
“Qarabağ”ın qapıçısı Martin Zlomişliç Bosniya və Herseqovina millisinin sentyabr və oktyabr aylarında UEFA Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyətə dəvət alıb.
Msport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez 28 yaşlı qapıçını 24 futbolçudan ibarət heyətə daxil edib.
Zlomişliçlə yanaşı, qapıçılar xəttində Avstriyanın “Tirol” klubundan Salıo Hamziç və Səudiyyə Ərəbistanının “Əl-Diriyə” komandasından Nikola Vasiç də yer alıb.
Bosniya və Herseqovina millisi Millətlər Liqasına sentyabrın 25-də Varşavada Polşaya qarşı səfər oyunu ilə başlayacaq. Komanda sentyabrın 28-də Buxarestdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 2-də və 5-də isə Zeniçada müvafiq olaraq İsveç və Polşanı qəbul edəcək.







