featured-image-40031
“Qarabağ”ın qapıçısı Andrey Lunyov zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, rusiyalı qolkiper artıq komanda ilə birlikdə məşqlərə qatılıb.
Avropa Liqasının qrup mərhələsində “Bayer”lə keçirilən görüşdə zədələnən təcrübəli oyunçu hazırda məşqçilər korpusunun sərəncamındadı.
Onun bu gün Premyer Liqanın XIV turu çərçivəsində “Sabah”la keçiriləcək qarşılaşmada iştirakı da istisna deyil. Lunyov “Sabah”la matçı buraxsa belə, “Molde” ilə avrokubok oyununda meydana çıxacaq.
Qeyd edək ki, Andrey Lunev bu mövsüm “Qarabağ”ın heyətində 9 oyun keçirib, 9 qol buraxıb.

Bənzər xəbərlər