featured-image-45449

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarından danışıb.

Msport.az-ın məlumatına görə, 32 yaşlı qolkiper bu barədə “Sovsport”a açıqlama verib.

Oyunçu hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a cəmlədiyini söyləyib. 

“Hələlik diqqətimi millinin növbəti matçlarına yönəltmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Bənzər xəbərlər