"Qarabağ"ın qapıçısının zədəsi nə dərəcədə ciddidir?
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov qolkiperin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Bayer”lə oyunda (0:1) aldığı zədədən danışıb.
Msport.az xəbər verir ki, rusiyalı əlcək sahibi Almaniya klubu ilə görüşün 85-ci dəqiqəsində zədələnərək yerini Luka Quqeşaşviliyə buraxmışdı:
“Əvvəlki zədə zamanı tibbi personalın gördüyü işlər sayəsində “Bayer”lə oyunöncəsində özünü əla hiss edib. Fasilə də onun xeyrnə olmuşdu.
Dünənki zədədən nəsə demək həm tezdir, həm də çətindir. Ümid edirik ki, hər şey yaxşı olacaq və ciddi problem ortaya çıxmayacaq”.
Xatarladaq ki, “Qarabağ” 90+4-cü dəqiqədə buraxdığı qolla 0:1 hesabı ilə “Bayer”ə uduzub.
Lunyov Rusiya millisinin noyabrın 13-də başlayacaq təlim-məşq toplanışına dəvət olunub. Şimal qonşumuz noyabrın 20-də Volqoqradda Kuba seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.