"Qarabağ"ın rəqibi aşağı liqaya düşürülür - ŞOK
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Fransanın “Lion” klubu ciddi sanksiyaya məruz qalır.
Msport.az xəbər verir ki, klubun müvəqqəti 2-ci Liqaya düşürülməsinə qərar verilib.
Fransa Futbol Maliyyə Nəzarət Orqanı “Lion”la bağlı araşdırmanı yekunlaşdırıb. Borcları 458 milyondan 508-ə milyona yüksələn klub ciddi sanksiyalarla üz-üzə qalıb. Aşağı liqaya yuvarlanmaqdan başqa, “Lion”a transfer qadağası və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı tələblər qoyulub.
Qeyd edək ki, “Qarabağ” “Lion”la noyabrın 28-də Bakıda qarşılaşacaq.