featured-image-54498

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayıra bilər.

Msport.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

London təmsilçisində daxili problemlər var. Premyer Liqanın ilk 4 turunda cəmi 4 xal toplanması rəhbərliyi narahat edir. “Tottenhem” qeyri-stabil nəticələri davam etdirsə, Postekoqlu ilə qışa qədər də yolların ayrılması mümkündü.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər