featured-image-69929

“Liverpul”un müdafiəçisi Covanni Leoni zədələnib.

Msport.az xəbər verir ki, dizinin çarpaz bağları qopan italiyalı futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

İngiltərə klubu bunu nəzərə alaraq Çempionlar Liqası heyətində dəyişiklik etmək qərarına gəlib. Daha əvvəl UEFA-ya sifariş edilməyən Federiko Kyezanın adı siyahıya daxil ediləcək.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindəndir. Komandalar arasındakı oyun yanvarın 29-da İngiltərədə baş tutacaq.

Bənzər xəbərlər