featured-image-8941

Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrənin “Sürix” klubu hücumçusu Vilfred Qnonto ilə yollarını ayırmağa hazırlaşır.

Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə Almaniyanın “Hoffenhaym” və Niderlandın “Feyenoord” klubları yaxından maraqlanır.

“Sürix” italyan forvardı 10 milyon avroya satmağa razıdır. Klub ən bahalı oyunçusunun satışından gələn gəlirlə maliyyə durumunu yaxşılaşdırmaq istəyir.

“Qarabağ” Bakıdakı ilk matçda “Sürix”i 3:2 hesabıyla məğlub edib. Komandalar arasında cavab matçı sabah İsveçrədə baş tutacaq.

Bənzər xəbərlər