featured-image-6044

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex Poznan” ilk yoxlama oyununu keçirib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Polşa çempionu öz bazasında bu mövsüm Ekstraklasaya qayıdan “Vidzev Lodz”la qarşılaşıb və 1:2 uduzub.

“Lex”in start heyətində iki yeni futbolçu meydana çıxıb – “Metallist”dən icarəyə götürülən qapıçı Artur Rudko və “Viktoriya Plzen”dən icarədən qayıtmış yarımmüdafiəçi Yan Sikora.

Matç “Lex Poznan” üçün uğursuz başlayıb. “Qarabağ”ın rəqibi artıq 9-cu dəqiqədə hesabda geri düşüb.

Fasilədən sonra Poznan klubu tam dəyişib və fərqli 11 futbolçu meydana daxil olub. “Lex” 51-ci dəqiqədə hesabı bərabərləşdirib. Kotdivuarlı hücumçu Adriel Ba Luanın ötürməsindən sonra 18 yaşlı Norbert Paslavski rəqib qapısına yol tapıb. Ba Lua meydan sahiblərinin heyətində ən fəal futbolçulardan biri olub.

Lakin 58-ci dəqiqədə künc zərbəsindən sonra “Lex” hesabda geri düşüb və oyun bu nəticə ilə yekunlaşıb – 1:2.

“Lex Poznan” növbəti oyununu iyunun 23-də “Poqon”a qarşı keçirəcək.

“Lex”in heyəti: 1-ci hissə: Artur Rudko, Joel Pereyra, Alan Çervinski, Antonio Miliç, Pedro Reboşu, Yan Sikora, Radoslav Muravski, Dani Ramirez, Kristoffer Velde, Joao Amaral, Mikael İshakş 

2-ci hissə: Filip Bednarek, İqor Kornobis, Patrik Oleynik, Maksimilian Pinqot (Mikolay Tudruy, 76), Barri Duqlas, Adriel Ba Lua, Patrik Qoqol, Maksim Çzekala, Filip Volski, Norbert Paçlavski, Artur Sobex. 

Bənzər xəbərlər