featured-image-42579

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Liqa Kubokunun qalibi olub.

Msport.az xəbər verir ki, komanda finalda “Eştoril”lə üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib.

Penaltilər seriyasında “Braqa” rəqibini 5:4 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Bənzər xəbərlər