featured-image-13423

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Nant” yeni transferini rəsmiləşdirib.

Msport.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, “sarılar” “Mets”dən Fabyen Santonzu heyətinə cəlb edib.

26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Evian”ın yetirməsi olan müdafiçi karyerası ərzində “Klermon””, “Lans” və “Mets” klublarında forma geyinib.

O, Liqa-1-də 83 oyun keçirib.

Bənzər xəbərlər