featured-image-74764

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Msport.az xəbər verir ki, “sağsağanlar” öz meydanlarında “Brentford”la üz-üzə gəlib. “Nyukasl” hesabı açan tərəf olsa da, matçdan məğlub ayrılıb – 2:3.

Bu, “Nyukasl”ın Premyer Liqada ardıcıl 4-c məğlubiyyəti olub. Eddi Haunun rəhbərlik etdiyi komanda 33 xalla 12-ci yeri tutur.

“Qarabağ” və “Nyukasl” arasında isə ilk matç fevralın 18-də Bakıda, cavab qarşılaşması fevralın 24-də olacaq.

Bənzər xəbərlər