featured-image-36295

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”da ayrılıq gerçəkləşib.

Msport.az xəbər verir ki, Sloveniya klubu Svit Seşlarla yollarını ayırıb. Bu barədə Lyublyana təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqasında mübarizə aparan “Eyüpsor”a keçib.

Svit Seşlar “Qarabağ”a qarşı Sloveniyada keçirilən ilk matçda iştirak edib.

Qeyd edək ki, komandalar arasında ikinci görüş 31 avqust tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Bənzər xəbərlər