“Qarabağ”ın rəqibində ciddi itki
“Braqa”nın futbolçusu Bruma “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.
Msport.az Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı vingerin zədələnməsi səbəb olub.
Sağ dizindən xəsarət alan oyunçu yanvarın 29-da əməliyyat ediləcək. Onun 4-6 həftədən sonra sıraya dönə biləcəyi yazılıb.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.