“Qarabağ”ın reytinqə növbəti qazancı - 0,250 xal
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”nı məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Msport.az xəbər verir ki, qələbə sayəsində ölkənin aktivinə 0,250 xal yazılıb.
Azərbaycan 19,250 xalla 28-ci sıradadır. 27-ci pillədə isə 19,600 xalla Ukrayna yer alır.
Siyahıya 94,839 xalla İngiltərə başçılıq edir.