"Qarabağ" Koxalski ilə vidalaşdı - RƏSMİ
“Qarabağ” qapıçı Mateuş Koxalski ilə vidalaşıb.
Msport.az xəbər verir ki, Ağdam klubu polşalı futbolçunun gedişini açıqlayıb.
“Qarabağ” Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qolkiperin transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandamızla birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.







