featured-image-37515

“Qəbələ” Azərbaycan Premyer Liqasının 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.

Msport.az klubun saytına istinadən xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü 19:00-da başlayacaq.

Bənzər xəbərlər