featured-image-45014

“Oyuna olduqca yaxşı hazırlaşmışıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Bayer 04″ün müdafiəçisi Yosip Stanişiç UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında bildirib.

“Əlbəttə, bilirik ki, sabah nəsə düz getməsə, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq. bütün turnirlərdə maksimum nəticəyə köklənmişik”.

Y.Stanişiç “Qarabağ”ın gücünü xüsusilə vurğulayıb: “Rəqiblərimizin zəif olduğunu heç vaxt düşünmürük. İlk matç bizim üçün olduqca çətin keçdi. “Qarabağ” bizə çətinlik yaşada bildi. Onlar xüsusilə ilk hissədə güclü olan tərəf idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Bənzər xəbərlər