featured-image-14192

Yunanıstanda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda “Olimpiakos”un qapısını Konstantinos Tsolakis qoruyacaq.

Msport.az xəbər verir ki, 20 yaşlı qapıçının start heyətində meydana çıxmaq şansı yüksək qiymətləndirilir.

Pirey təmsilçisinin yeni transferi Aleksandros Pasxalakis tam hazır olmadığından, baş məşqçi Miçel Qonsales 33 yaşlı qolkiperi meydana buraxmağa tələsmir.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər