“Qarabağ”la oyunöncəsi “Ferensvaroş”da itki
“Ferensvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıdakı oyun öncəsi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Budapeştdəki ilk matçın birinci hissəsində zədələnən yarımmüdafiəçi Bentse Etvöş cavab görüşünü buraxa bilər.
Onun cavab matçında iştirakı sual altına düşüb. Daha əvvəl digər yarımmüdafiəçi Julio Romao zədə ucbatından sıradan çıxmışdı.
Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Budapeştdəki ilk oyunda təmsilçimiz 3:1 hesablı qələbə qazanıb.