featured-image-43859

UEFA Avropa Liqasında mübarizəni davam etdirən komandaların məğlubiyyətsiz oyunlar seriyasına görə reytinqi açıqlanıb.

Msport..az xəbər verir ki, ölkə çempionatı və Avropa Liqasındakı son 5 matçın nəticələrinin əsas götürülərək tərtib olunduğu siyahıda “Qarabağ” da yer alıb.
Son 5 qarşılaşmada 4 qələbə, bir bərabərlik əldə edən Ağdam təmsilçisi “Benfika”, “Slaviya” (Praqa) və “Bayer”lə birlikdə 5-8-ci yerləri bölüşdürür.

Reytinqə hərəyə maksimum nəticə ilə “Sportinq”, “Atalanta”, “Reyncers” və “Qalatasaray” başçılıq edir. Son iki pillədə isə “Liverpul” və “Sparta” (Praqa) (hər ikisi 4 qələbə, 1 məğlubiyyət) qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda “Braqa”nı qəbul edəcək. Portuqaliyadakı ilk görüş “köhlən atlar”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər