featured-image-36485

“Qarabağ”, “Molde” və “Hakken” böyük adlar deyil, amma heç vaxt nələrin baş verəcəyini bilmirsən”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun idman direktoru Simon Rolfes UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

41 yaşlı keçmiş futbolçu maraqlı qrupa düşdüklərini bildirib: “Skandinaviya komandaları adətən yaxşı olur və çox vaxt fiziki göstəricilərə üstünlük verirlər. “Qarabağ”da keçmiş futbolçumuz Andrey Lunyovla qarşılaşacağıq. Qrupda məqsədimiz mərhələ adlamaq və birinci yeri tutmaqdır”.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

Bənzər xəbərlər