featured-image-40940

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır.

Msport.az Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.

Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Bənzər xəbərlər