featured-image-47046

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər