featured-image-47542

Azərbaycan Premyer Liqasının 33-cü turunun mərkəzi görüşü “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək.

Msport.az xəbər verir ki, artıq oyunun biletləri iticket.az-da satışa çıxarılıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Görüşün biletlərinin bu gün “iticket.az”da onlayn, həmçinin matç günü “Azersun Arena”nın kassasında satışda olacaq.

Qeyd edək ki, matç mayın 4-də keçiriləcək və görüşə 19:30-da start veriləcək.

Bənzər xəbərlər