featured-image-36331

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, “CBC Sport”da deyil, AzTV və “İdman” TV-də canlı yayımlanacaq.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. “Qarabağ” bu müddət ərzində “CBC Sport” kanalına göstərdiyi texniki dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasında avqustun 24-də Lyublyanada keçirilən matçın yayım hüququna malik olan “İdman TV” yalnız yalnız 69-cu dəqiqədən etibarən oyunu canlı təqdim etmişdi.

Qeyd edək ki,  avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda  “Qarabağ”  2:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər