“Qarabağ” – “Qəbələ”: 75-ci duel
Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
Msport.az xəbər verir ki, “Qəbələ” dekabrın 4-də “Qarabağ”la qarşılaşacaq.
Bakıda baş tutacaq görüş komandalar arasında ümumilikdə 75-ci duel olacaq. İndiyədək rəqiblər 74 dəfə üz-üzə gəliblər. Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib, 40 matçdan xalsız ayrılıb. 57 qol vuran “Qəbələ” öz qapısından 119 top buraxıb.
Premyer Liqada 60-cı dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 34 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 95 top buraxıb.
“Qəbələ” tarixində 37-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 22 dəfə uduzub. Səfərdə 24 qolu olan futbolçular 67 top buraxıb.
Xatırladaq ki, dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.







