featured-image-41466

“Qarabağ”ın baş meneceri Asif Əsgərov komandanın əsas qapıçısı Andrey Lunyovun Rusiyanın “Kazan” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında iddiaları təkzib edib. A. Əsgərov 32 yaşlı qolkiper üçün Kazan təmsilçisindən təklif almadıqlarını söyləyib: “Andrey bizim qapıçımızdır, onu satmağı düşünmürük”.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda “Qarabağ”la 1+1 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər