"Qarabağ" "Səbail"ə, "Sabah" "Turan Tovuz"a qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qarabağ” “Səbail”in qonağı olacaq. Hazırda Ağdam təmsilçisi 47 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan “dənizçilər” beşincidir.
Günün son oyunu isə “Sabah” və “Turan Tovuz” komandaları arasında olacaq. 20 turdan sonra bakılılar 26 xalla 7-ci, tovuzlular isə 25 xalla 8-ci sırada yer alıb.
Azərbaycan Premyer Liqası
XXI tur
3 fevral (şənbə)
15:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
17:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun “Sumqayıt” – “Neftçi” və “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz” – “Araz-Naxçıvan” matçı isə fevralın 5-də keçiriləcək.